
"Qarabağ" qış təlim-məşq toplanışını yenə Türkiyənin Antalya şəhərində keçirəcək.
Qaynarinfo.Az-a klubdan verilən məlumata görə, komanda yanvarın 5-dən 23-dək orda toplanışda olacaq. Bu müddətdə komandanın 4 yoxlama oyununda qüvvəsini sınaması nəzərdə tutulub.
"Qarabağ" orda olduğu müddətdə Rumıniya, Polşa və Qazaxıstan klubları da adıçəkilən məkanda hazırlıq keçəcək. Bu üzdən klub rəsmiləri sparrinq seçimlərini bu komandalar üzərində edəcək.
Qaynarinfo.Az