Xəbər lenti

"Qarabağ" və "Neftçi"nin Avroliqa oyunlarının vaxtları açıqlandı
İdman09:21 12.08.2014

"Qarabağ" və "Neftçi"nin Avroliqa oyunlarının vaxtları açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya “Tvente”sinə qarşı keçirəcəyi ilk matçın vaxtı açıqlanıb.

Avqustun 21-də Bakıda keçiriləcək ilk qarşılaşma yerli vaxtla saat 21.00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü avqustun 28-də Enshededə baş tutacaq. Matçın başlama saatı hələ müəyyənləşməyib.

 "Partizan" (Serbiya) - "Neftçi" görüşünün də başlama saatı müəyyənləşib. Avqustun 21-də Serbiyada baş tutacaq matç Bakı vaxtı ilə saat 23:15-də start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında keçiriləcək təkrar oyun avqustun 28-də paytaxtımızda baş tutacaq.

Qaynar.info