Xəbər lenti

"Qarabağ" və "Neftçi"nin futbolçuları 80-ci dəqiqədən etibarən oynayacaq
İdman08:15 06.09.2016

"Qarabağ" və "Neftçi"nin futbolçuları 80-ci dəqiqədən etibarən oynayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən dünya çempionatının seçmə mərhələsinin Albaniya - Makedoniya oyunu 80-ci dəqiqədə dayandırılıb.

Qaynarinfo.Az xəbər verir ki, hesab 1:1 olanda baş hakim güclü yağmurun yağdığını görüb oyunun dayandırılmasına qərar verib. Yağış kəsməyincə, qarşılaşmanın təxirə salındığı bildirilib.

Artıq FİFA-nın rəsmi saytı bu matçın bu gün 80-ci dəqiqədən etibarən oynanılacağını bildirib.

Qeyd edək ki, Albaniya millisində "Qarabağ"ın futbolçusu Ansi Aqolli, Makedoniya yığmasında isə "Neftçi"nin oyunçusu Vançe Şikov start heyətində meydana çıxıblar və əvəz olunmayıblar.

Qaynarinfo.az