Xəbər lenti

"Qarabağ" və "Qəbələ" Avropanın "Top-60-lığ"ında!
İdman10:25 22.08.2015

"Qarabağ" və "Qəbələ" Avropanın "Top-60-lığ"ında!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avrokuboklarda çıxış edən klubların 2015/16 mövsümü üçün əmsalları açıqlanıb.

Qaynar.info-nun məlumatına görə, Avroliqanın pley-off mərhələsində çıxış edən 2 Azərbaycan klubu ilk “100-lük”də yer alıb.

Belə ki, hərəyə 2,0500 xal qazanan “Qəbələ” və “Qarabağ” 67-69-cu yerləri bölüşən 3 komanda arasındadır. Təmsilçilərimizin şəriki hazırda "Neftçi"də çıxış edən Ruslan Qurbanovun sabiq klubu olan Xorvatiya “Xayduk”udur.

Cari mövsümdə 1,5500 xal qazanan “İnter” isə qitənin 112-cisidir. Cəmi 0,8000 xal əldə edən “Neftçi” isə 165-ci yerə şərikdir. Təmsilçimiz Uelsin “Nyutaun” klubu ilə eyni göstəriciyə malikdir.

Qeyd edək ki, cari mövsümdə qitə kuboklarında 236 komanda mübarizə aparır.

Qaynar.info