
Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Artıq "səpələnmişlər" və "səpələnməmişlər" səbətlərinin tərkibi məlumdur.
Qaynarinfo.Az xəbər verir ki, “Qarabağ” reytinq sıralamasına görə daha güclü komandaların yer aldığı “səpələnmişlər” səbətində yer alacaq. "Qəbələ" isə zəiflərin yer aldığı "səpələnməmişlər"də olacaq.
Artıq "Qarabağ" və "Qəbələ"nin qarşılaşa biləcəyi 6 potensial rəqibin adı da məlumdur:
"Qarabağ"
"Şkendiya" (Makedoniya)
"İstanbul Başakşəhir" (Türkiyə)
"Qöteborq" (İsveç)
"Srvena Zvezda" (Serbiya)
"Sönneryüsk" (Danimarka)
"Xayduk" (Xorvatiya)
"Qəbələ"
"Anderlext" (Belçika)
"Vest Hem" (İngiltərə),
"Krasnodar" (Rusiya)
"Maribor" (Sloveniya)
"Fənərbaxça" (Türkiyə)
"Panatinaikos" (Yunanıstan)
Qeyd edək ki, Avropa Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkatma TRT Spor telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qaynarinfo.Az