Xəbər lenti

"Qarabağ" və "Qəbələ"nin avrokubok oyunları 1 saat gec başlayacaq
İdman13:45 08.09.2016

"Qarabağ" və "Qəbələ"nin avrokubok oyunları 1 saat gec başlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ" və "Qəbələ" klublarının Avropa Liqasının qrup mərhələsindəki oyunlarının vaxtı dəyişəcək.

Qaynarinfo.Az xəbər verir ki, Mərkəzi Avropada qış rejimi ilə əlaqədar oktyabrın 30-da vaxt 1 saat geri çəkiləcək. Ancaq məlum olduğu kimi, Azərbaycanda saat dəyişikliyi olmayacaq. Belədə Mərkəzi Avropa vaxtı ilə Bakı saatı arasında yenidən fərq 3-ə yüksələcək.

İlk dəfə Azərbaycanda qış rejiminə keçidlə bağlı dəyişiklik olmayacağından, özü ilə bağlı bəzi suallar yaranıb. Böyük ehtimalla, UEFA əvvəldən tərtib etdiyi oyunların vaxtında heç bir dəyişiklik etməyəcək. Belədə oktyabrın 30-dan sonra keçiriləcək 3 turun Bakıdakı oyununun vaxtları da bizdə avtomatik 1 saat gec başlamalı olacaq.

Beləliklə, saat dəyişikliyi olacağı halda, təqvim Bakı saatı ilə belə olacaq:

IV tur

3 noyabr

22:00 Qəbələ - Sent-Etyen

00:05 PAOK - Qarabağ

V tur

24 noyabr

22:00 Slovan - Qarabağ

20:00 Qəbələ - Anderlext

VI tur

8 dekabr

22:00 Maynts - Qəbələ

20:00 Qarabağ - Fiorentina

Yeri gəlmişkən, sözügedən məsələ ilə bağlı "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəlin fikirlərini də öyrəndik. Çünki "Qarabağ" Bakıdakı oyunlarının tez başlamasından narazı idi: "Qrup mərhələsinədək oyunların vaxtlarının müəyyən edilməsi ev sahibi olan klublara həvalə olunur. Ancaq qrup mərhələsindən etibarən vaxtları UEFA tərtib edir. Hətta sentyabrın 15-də "Slovan"la Bakıdakı oyunu UEFA saat 19:00-a salanda biz bundan narazı qaldıq. Çünki insanların işdən çıxmaları ilə əlaqədar oyunun daha gec saatlarda baş tutmasını istəyirdik. Ancaq artıq təşkilatçı olan UEFA saatları müəyyənləşdirdiyindən, bunu dəyişdirmək mümkün deyildi".

Qaynarinfo.Az