
AFFA İntizam Komitəsi bu gün ölkə birinciliyi ilə bağlı da bir sıra qərarlar qəbul edib.
Qaynarinfo.Az bunlardan ən maraqlılarını diqqətinizə çatdırır.
10 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının IV turunun “Neftçi” – “Qəbələ” matçının 5-ci və 48-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur.
11 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının IV turunun “Kəpəz” – “Zirə” matçının 57-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.
9 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının IV turunun “Qarabağ” – AZAL matçında ev sahibi “Qarabağ” klubu oyunu topdaşıyan uşaqlarla təmin etmədiyinə görə 400 manat cərimə olunur.
9 sentybar 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Neftçi” – “Qəbələ” matçının 57-ci dəqiqəsində “Neftçi” klubunun məşqçisi Vitali Kovalyov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 400 manat cərimə olunur.
7 sentyabr 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun I turunun “Rəvan” – “Turan Tovuz” matçında ev sahibi “Rəvan” klubu oyunu topdaşıyan uşaqlarla təmin etmədiyinə görə 80 manat cərimə olunur.
Qaynarinfo.Az