Xəbər lenti

"Qarabağ" və Reynaldo cəzalandırıldı
İdman09:28 31.05.2016

"Qarabağ" və Reynaldo cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun “Qarabağ” – “Neftçi” matçına hüquqi qiymət verib.

Qaynarinfo.az xəbər verir ki, bu oyunun 120-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Bu oyunun 120-ci dəqiqəsində “Neftçi” klubunun paraqvaylı futbolçusu Erik Ramos və 120+1-də "Qarabağ"ın braziliyalısı Reynaldo Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alıblar. Məhz bu hərəkətlərinə görə hər 2 futbolçu 2 oyunluq cəzalanıb, klub isə 2 min manat cərimələnib.

Qaynarinfo.az