Xəbər lenti

"Qarabağ" xal itirdi, "Neftçi" və "Xəzər Lənkəran" uddu
İdman16:14 29.10.2014

"Qarabağ" xal itirdi, "Neftçi" və "Xəzər Lənkəran" uddu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Topaz Premyer Liqasında II dövrəyə start verilib və yubiley - X turun oyunları keçirilib. Qaynar.info xəbər verir ki, bütün oyunları eyni gündə baş tutub.
Turun mərkəzi oyununda "İnter" "Qarabağ"ı qəbul edib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
"Neftçi" "Bakı"nı 3:1, "Xəzər Lənkəran" "Sumqayıt"ı 2:1, "Qəbələ" "Araz Naxçıvan"ı 1:0 hesabı ilə yenib. AZAL - "Simurq" oyununda isə 4 qol vurulsa da, qalib müəyyənləşməyib.
Qeyd edək ki, "Qarabağ" 9 oyundan sonra 18 xalla turnir cədvəlinə başçılıq edir. 10 oyun keçirmiş "İnter", "Qəbələ" və 9 matçda meydana çıxan "Neftçi" 17 xalla lideri izləyir.
Premyer Liqa 
II dövrə, X tur
29 oktyabr
Bakı - Neftçi 1:3
Qollar: Nurlan Novruzov, 55 - Julius Vobay, 38. Araz Abdullayev, 62. Kaue da Silva, 85.
Sumqayıt - Xəzər Lənkəran 1:2
Qollar: Məhəmməd Qurbanov, 43 - Fernando Qabriel, 26. Alfred Sanko, 65.
Araz Naxçıvan - Qəbələ 0:1
Qol: Pavol Farkaş, 20.
AZAL - Simurq 2:2
Qollar: Rəşad Abdullayev, 56-pen. Konseysao Eduardo, 79 - Samir Zərgərov, 15. Ali Gökdemir, 90+1.
İnter - Qarabağ 0:0

1

Qarabağ

9

5

3

1

14:8

18

2

İnter

10

4

5

1

20:4

17

3

Neftçi

9

5

2

2

9:8

17

4

Qəbələ

10

5

2

3

11:11

17

5

Simurq

10

7

2

4

15:10

14

6

XəzərLənkəran

10

4

2

4

13:10

14

7

Sumqayıt

10

4

0

6

12:16

12

8

Bakı

10

3

1

6

8:22

10

9

AZAL

10

2

5

3

11:15

10

10

ArazNaxçıvan

9

1

1

7

7:16

4

Qaynar.info