
Avropa Liqasının qrup mərhələsində PAOK-la qarşılaşma üçün Yunanıstana yollanan “Qarabağ” Salonikidə coşqu ilə qarşılaşıb.
Qaynarinfo.Az xəbər verir ki, Mustafa Kemal Atatürkün doğulduğu Salonikidə yaşayan azərbaycanlılar hava limanına gələrək komanda üzvlərini qarşılayıb.
Qeyd edək ki, sabah keçiriləcək PAOK - "Qarabağ" matçı Bakı vaxtı ilə 00:05-də başlayacaq və “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq. Bu görüşü şotlandiyalı referi Con Biton idarə edəcək.
Xatırladaq ki, ilk matçda "Qarabağ" bu rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Hər 2 komandanın aktivində 4 xal var.
Qaynarinfo.Az