Xəbər lenti

"Qarabağ"a daha bir hollandiyalı futbolçu təklif olundu - ÖZƏL
İdman08:07 06.08.2015

"Qarabağ"a daha bir hollandiyalı futbolçu təklif olundu - ÖZƏL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən Çempionlar Liqasının III təsnifat mərhələsində Şotlandiyanın "Seltik" klubu ilə qolsuz bərabərə qalmaqla bu turnirlə vidalaşan "Qarabağ" daha bir transfer etməyə hazırlaşır. Qaynar.info-nun əldə etdiyi məlumata görə, "Qarabağ" müdafiənin mərkəzinə futbolçu axtarır.
Maraqlıdır ki, komandanın müdafiəsinin mərkəzi etibarlı əllərdədir. Belə ki, millimizin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov və yığmamızın dağıstanlı üzvü Bədəvi Hüseynov Ağdam komandasının heyətində pis təsir bağışlamırlar. Üstəlik, bu mövqeyə "Neftçi"dən Elvin Yunuszadə də alınıb. Görünür, "Qarabağ" xarici klublardan təklifi olan Bədəvinin yerinə alternativ oyunçu gətirməyi düşünür.
Hər halda "Qarabağ" tərəfi bu mövqeyə oyunçu tapılması üçün qollarını çırmalayıb. İndi isə sizə özəl olaraq menecerlərin "Qarabağ"a təklif etdiyi oyunçunun adını təqdim edirik. Bu, 28 yaşlı Henriko Drostdur.
"Herenven"in yetirməsi sayılan Drost 2004-2010-cu illərdə bu komandada peşəkar futbolçu karyerası yaşayıb. Ancaq o bu müddətdə "Ekselsior", "De Qrafsxap" və "VVV-Venlo"da icarə əsasında çıxış edib. 2010-2013-cü illərdə "Valveyk"də oynayan Henriko son 2 mövsümü "NAK Breda"da keçirib. Hazırda sərbəst futbolçu olan hollandiyalının ölkəsinin 20 və 21 yaşadək millilərində də çıxış etmək təcrübəsi var. Onu da bildirək ki, Drost son mövsüm cəmi 18 oyuna çıxıb.
Qeyd edək ki, "Qarabağ"ın hollandiyalı hücumçusu Raydell Pupon hələ ki ümidləri doğrultmur. O dünən ilk dəfə start heyətində "Seltik"ə qarşı oynasa da, 64 dəqiqə ərzində xüsusi bir şeylə yadda qalmayıb.
Qaynar.info