Xəbər lenti

"Qarabağ"a qalib gəlmək asan olmadı" - RƏQİB
İdman05:38 03.10.2014

"Qarabağ"a qalib gəlmək asan olmadı" - RƏQİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avroliqanın qrup mərhələsinin ikinci oyununda İtaliyanın "İnter"inə 2:0 məğlub olan "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat üçün açıqlamalar verib.

Qaynar.info "Qarabağ"ın rəsmi səhifəsinə istinadən xəbər verir ki, Q.Qurbanov son oyun haqqında deyib: "Məğlubiyyətə üzülmədim, futbolda belə halların olması normaldır. Biz meydanda böyük səhvlər etdik. Bəzi futbolçular mənim tapşırığımı yerinə yetirmədi. Bəlkə də çoxları düşünürdü ki, bu gün "Qarabağ" müdafiə oyunu sərgiləyəcək, amma biz bunu etmədik, topu özümüzdə saxlamaqla hücum qurmağa çalışdıq. İki real qol şansımız oldu, amma bunlardan yararlana bilmədik. Bu hələ son deyil, qarşıda bizi "İnter"lə cavab oyunu gözləyir. Bu oyunda Avropa nəhənginə qarşı etdiyimiz səhvləri analiz edib Bakıdakı oyunda daha fərqli oyun sərgiləyəcəyik".


"Qarabağ"a qalib gəlmək asan olmadı"


"Çətin oyun oldu. "Qarabağ" güclü komandadır. Ona görə də qələbə qazanmaq asan olmadı". Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Valter Matsari Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"la görüşdəki qələbənin onlar üçün çox önəmli olduğunu bildirib: "Bir neçə zədəli futbolçumuz oynamadı. Bununla belə, qələbə qazanmağı bacardıq. Qrup mərhələsində qarşıya qoyulan vəzifəni erkən yerinə yetirməliyik. Bu mənada "Qarabağ"la oyunda qazanılan qələbə çox önəmlidir. Lakin artıq biz bu oyunu unudub, bazar günü A Seriyada qarşılaşacağımız "Fiorentina" ilə matç haqda düşünməliyik".


"Oyun istədiyimiz kimi alınmasa da..."

"Kalyari"yə ağır məğlubiyyətdən sonra "Qarabağ"la oyun bizim üçün önəmli idi. Bu qələbə bizdə özünəinamı yaratdı".

Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter"in qapıçısı Xuan Pablo Karrizo Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qalib gəldikləri oyundan (2:0) sonra deyib.

Klubun rəsmi saytına danışan 30 yaşlı qolkiper komandasının oyununun yaxşı alınmadığını, buna baxmayaraq qalib gəldikləri üçün şad olduqlarını bildirib: "Gecə bizim üçün yaxşı bitdi. Oyun istədiyimiz kimi yaxşı alınmasa da, vacib olan 3 xalı qazandıq. Bu qələbə "Fiorentina" ilə oyuna daha inamlı getməyimizə imkan verəcək".

Qeyd edək ki, qrupdakı ikinci görüşündə "Qarabağ"a 2:0 hesabı ilə qalib gələn "İnter" liderliyini bir qədər də möhkəmləndirib.

Qaynar.info