Xəbər lenti

"Qarabağ"da ispaniyalı baş məşqçi
İdman06:44 31.08.2016

"Qarabağ"da ispaniyalı baş məşqçi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pablo Ximenes sosial şəbəkədəki şəxsi hesabında bu barədə bildirib.

"Qarabağ" klubunun 18 yaşadək futbolçulardan ibarət komandası yeni baş məşqçiyə həvalə olunacaq. "Report"un məlumatına görə, bu, İspaniyanın "Urakan" klubunun idman direktoru vəzifəsində çalışmış Pablo Ximenesdir.

Ximenes sosial şəbəkədəki şəxsi hesabında bildirib ki, xarici peşəkar klubdan təklif aldığı üçün 6 aydır çalışdığı komandadan ayrılır.

Qeyd edək ki, Pablo Ximenes "Urakan"da gənclərdən ibarət komandaların koordinasiyasına cavabdehlik daşıyıb. 

Qaynarinfo.Az