Xəbər lenti

"Qarabağ"dan 2-ci qol (VİDEO, Yenilənib)
İdman18:52 01.08.2017

"Qarabağ"dan 2-ci qol (VİDEO, Yenilənib)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək “Şerif” – “Qarabağ” matçı üçün heyətlər açıqlanıb.

"Qaynarinfo" xəbər verir ki, Bakıda rəqibinə qol vura bilməyən "Qarabağ" səfərdə qalib gəlməyə çalışacaq:

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 52. Yakup Jezniçak, 91. Coşqun Diniyev

“Şerif”: 1. Zvonimir Mikuliç, 4. Petru Raku, 6. Viktor Oliveyra, 8. Ceremi De Noyer, 15. Kristiano da Silva, 20. Kirill Bayala, 30. Yosip Brezoveç, 39. Ziquy Badibanqa, 55. Mateo Suşiç, 90. Vyaçeslav Posmak, 99. Vitalie Damaşkan

Ehtiyat oyunçular: 25. Sergey Yuriç, 3. İon Yardan, 9. Stefan Muqoşa, 14. Benjamin Balima, 18. George Anton, 32. Yevgeni Oansea, 37. Vitalie Bordian

Oyun Bakı vaxtı ilə 21:00-da başlayıb.

*****

İlk hissənin son saniyələrində Ndlovu fərqlənir. "Qarabağ" hesabda önə keçdi.

***

86-cı dəqiqədə Miçel "Qarabağ"ın ikinci qoluna imza atıb.

Oyun 2-0 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.

Bununla da "Qarabağ" Azərbaycan futbolunda yeni uğura imza atdı. İndiyədək heç bir klubumuz ÇL-in pley-off mərhələsinə yüksələ bilməyib.

Qaynarinfo.Az