
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab matçına çıxacaq klublarımızın oyunları canlı yayımlanacaq.
Qaynarinfo.az xəbər verir ki, iyulun 20-də keçiriləcək “Kəpəz” – “Admira Vakker” (Avstriya) və ayın 21-də baş tutacaq “Qəbələ” – MTK (Macarıstan) matçı "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq. İlk matç saat 20:00-da, ikinci oyun isə 21:00-da keçiriləcək.
Cümə axşamı keçiriləcək "Şkendiya"(Macarıstan) – "Neftçi" qarşılaşması isə “CBC İnternational” vasitəsilə göstəriləcək. Bu oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, sabah həmçinin "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Lüksemburqun "F91 Düdelanj" komandası ilə görüşəcək. Bu oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu görüş cırtdan ölkədə televiziya vasitəsilə yayımlanmadığından, oyuna yalnız internet vasitəsilə baxmaq mümkün olacaq. Bu matç "Qarabağ"ın "Yutub" kanalı vasitəsilə göstəriləcək.
Qaynarinfo.az