Xəbər lenti

"Qarabağ"dan böyük mükafat vədi - hər futbolçuya 10 min manat
İdman14:58 25.07.2015

"Qarabağ"dan böyük mükafat vədi - hər futbolçuya 10 min manat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Çukariçki" səddini keçən "Qəbələ"nin prezidenti Tale Heydərovun hər futbolçuya 8000 manat mükafat verəcəyi barədə xəbər yayılmışdı.
Qaynar.info rekord.az-a istinadən xəbər verir ki, Qəbələ klubunun bu jestindən sonra "Qarabağ" rəhbərliyi də böyük məbləğdə mükafat vəd verib.
Təbii ki, öz futbolçularına. Belə ki, "Qarabağ" "Seltik" səddini keçəcəyi halda hər futbolçuya 10 min manat mükafat veriləcək. Bizə çatan son məlumat belədir.
Qaynar.info