Xəbər lenti

"Qarabağ"dan ilk transfer
İdman11:09 29.05.2014

"Qarabağ"dan ilk transfer

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son ölkə çempionu "Qarabağ" ilk transferini gerçəkləşdirib. 

Qol.Az-ın saytına bu barədə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Ağdam təmsilçisi son olaraq Potuqaliyanın "Maritimo" klubunda çıxış edən braziliyalı hücumçu Danilo Diasla razılığa gəlib. 

N.İbarimovun sözlərinə görə, 29 yaşlı hücumçu ilə iki illik müqavilə imzalanacaq. Futbolçu bu gün Bakıya gəlib. Tibbi müayinədən keçdikdən sonra onunla münasibətlər rəsmiləşdiriləcək.

Qeyd edək ki, Dias “Goias”, “Bandeirante”, “Atletiko Goianiense”, “Noroeste”, “İpatinqa”, “Uberaba” (hamısı Braziliya) klublarında çıxış edib. Karyerasının böyük hissəsini icarə əsasında keçirən futbolçu “Maritimo”ya 2010-cu ildə gəlib. Burada 103 oyun keçirən hücumçu 12 qola imza atıb.

Qaynar.info