Xəbər lenti

"Qarabağ"ın Danisi Avroliqanın ən yaxşı futbolçusu oldu
İdman15:07 21.10.2016

"Qarabağ"ın Danisi Avroliqanın ən yaxşı futbolçusu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Qarabağ”ın futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsində həftənin ən yaxşı futbolçusunu seçilib.

UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda 69 faiz səs toplayan ispaniyalı yarımmüdafiəçi bütün rəqiblərini qabaqlayıb.

O, Kevin Monne Poke ("Sent-Etyen”, 8 faiz), Viktor İbarbo (“Panatinaykos”, 8 faiz), Pol Poqba (“Mançester Yunayted”, 7 faiz), Raul Rusesku (“Osmanlıspor”, 4 faiz), Antonio Kandreva (“İnter”, 2 faiz), Yevgeni Konoplyanka (“Şalke”, 2 faiz) və Nikola Kaliniçi (“Fiorentina”, 1 faiz) böyük səs çoxluğu ilə geridə qoyub.

Qeyd edək ki, “Qarabağ” – PAOK (2:0) matçının ən yaxşı futbolçusu seçilən 29 yaşlı futbolçu oyunda ilk qolun müəllifi olub.(qol.az)

Qaynarinfo.Az