Xəbər lenti

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi bəlli oldu
İdman10:20 20.06.2016

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycan çempionu "Qarabağ"ın avrokuboklardakı ilk rəqibi müəyyənləşib.

Qaynarinfo.az xəbər verir ki, Çempionlar Liqasında atılan püşkatmaya görə "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Lüksemburqun "F91 Düdelanj" klubu olub. Halbuki "Qarabağ"ın rəqibləri arasında digər klublar bunlar idi: "Hapoel" (Beer-Şeva, İsrail), "Olimpiya" (Sloveniya), "Vardar" (Makedoniya), "Liepaya" (Latviya).

Qeyd edək ki, Lüksemburq çempionu ilə oyunlar iyulun 12/13 və 19/20-si tarixlərində keçiriləcək. İlk matç Tofiq Bəhramov adına Respublika stadionunda, cavab matçı isə 2558 tamaşaçı tutumuna malik "Yos Nosbaum" stadionunda baş tutacaq.

Qaynarinfo.az

PULSUZ MAĞAZA AÇ, SATMAĞA BAŞLA!