Xəbər lenti

"Qarabağ"ın Çempionlar Liqasındakı bütün potensial rəqibləri bilindi
İdman13:00 30.05.2016

"Qarabağ"ın Çempionlar Liqasındakı bütün potensial rəqibləri bilindi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasındakı bütün potensial rəqiblərinin adlarına aydınlıq gəlib.

Qaynarinfo.az xəbər verir ki, bütün rəqiblər dünən Moldovada "Şerif"in finalda "Daçiya"ya 1:0 qalib gəlib çempion olması ilə müəyyənləşib.

Komandamız yenə mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Yenə "Qarabağ"ın səpələnmişlər səbətində yer alması Ağdam komandasına ilk turdaca asan rəqibin düşəcəyindən xəbər verir.

I təsnifat mərhələsi

Səpələnmişlər: TNS (Uels), “Flora” (Estoniya), “Valletta” (Malta), “Santa Koloma” (Andorra), “Torshavn” (Farer adaları);

Səpələnməmişlər: “Linkoln” (Cəbəllütariq), “Alaskert” (Ermənistan), “Liepaya” (Latviya), “Feronikeli” (Kosovo), "Tre Penne" (San-Marino).

II təsnifat mərhələsi

Səpələnmişlər: “Zalsburq” (Avstriya), “Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), “Leqiya” (Polşa), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Kopenhagen” (Danimarka), “QARABAĞ” (AZƏRBAYCAN), “Rusenborq” (Norveç), “Astana” (Qazaxıstan), “Skenderbeu” (Albaniya), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Tiflis, Gürcüstan), “Hafnarfyordür” (İslandiya), “Trençin” (Slovakiya), "Şerif" (Moldova);

Səpələnməmişlər: “Olimpiya” (Sloveniya), “Düdelanj” (Lüksemburq), “Ferentsvaroş” (Macarıstan), “Vardar” (Makedoniya), “Dandalk” (İrlandiya), SİK (Finlandiya), , “Norçöpinq” (İsveç), “Kruzaders” (Şimali İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Mladost” (Monteneqro), “Jalqiris” (Litva), “Hapoel” (Beyer-Şeva, İsrail), I təsnifat mərhələsinin 5 qalibi.

Qeyd edək ki, Çempionlar Liqasının püşkü iyunun 20-də UEFA-nın mənzil-qərargah şəhəri olan Nyonda atılacaq.

Qaynarinfo.az