Xəbər lenti

"Qarabağ"ın futbolçusu Lüksemburqda üzərinə düşəni etdi
İdman05:31 26.03.2016

"Qarabağ"ın futbolçusu Lüksemburqda üzərinə düşəni etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Avropada bir neçə yoldaşlıq oyunları keçirilib.

Qaynar.info xəbər verir ki, Bosniya və Herseqovina millisi səfərdə Lüksemburqu 3:0 hesabı ilə məğlub edib. "Qarabağ"ın bosniyalı qapıçısı İbraxim Şexiç bu oyunun fasiləsində "Çelsi"nin 2-ci qolkiperi Asmir Beqoviçi əvəzləyərək meydana daxil olub və qapısından top buraxmayıb. Bosniya və Herseqovina millisi növbəti oyununu martın 29-da Sürixdə Avropa çempionatının iştirakçısı İsveçrə ilə keçirəcək.

Qeyd edək ki, martın 24-də Estoniya millisi Tallində Norveçlə qolsuz heç-heçə etmişdi. Bu matçda "Qəbələ"nin futbolçusu Sergey Zenyov 90 dəqiqə mərkəz hücumçusu kimi çıxış etsə də, qol vura bilməmişdi.

Qaynar.info