
Son günlər sosial şəbəkədə "Qarabağ"ın futbolçusu Reynaldonun yenidən "Bursaspor"un maraq dairəsinə düşdüyü qeyd edilir. Bu barədə Türkiyənin "NTV Spor" telekanalının iddia irəli sürdüyü bildirilir. Hətta "timsahlar"ın braziliyalı futbolçuya görə 4 milyon avro irəli sürdüyü iddia edilir.
Xatırladaq ki, 2014/15 mövsümündə "Bursaspor"u çalışdırdığı müddətdə Şenol Günəşin də Reynaldo ilə maraqlandığı deyilirdi. Bu üzdən yenidən bu iddianın ortaya atılması tam başa düşüləndi.
İstənilən halda bu məsələ ilə bağlı Qaynarinfo.az olaraq "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. O bu məsələdən xəbərsiz olduğunu bildirdi: "Açığı, bu haqda ilk dəfə sizdən eşidirəm. İndicə klubdan maraqlandım. Bizə bu barədə heç bir faks gəlməyib".
Qaynarinfo.az