Xəbər lenti

"Qarabağ"ın ilk rəqibi bilindi
İdman13:01 06.06.2016

"Qarabağ"ın ilk rəqibi bilindi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yeni mövsümün hazırlıqları üçün Avstriyaya gedəcək "Qarabağ"ın keçirəcəyi yoxlama görüşlərindəki ilk rəqibi müəyyənləşib.

Qaynarinfo.az-ın verdiyi məlumata görə, son Azərbaycan çempionu Avstriyanın "Vakker" (İnsbruk) klubu ilə qarşılaşacaq.

Ağdam təmsilçisinin Avstriyanın I liqasında mübarizə aparan klubla oyunu iyunun 25-də keçiriləcək.

Qeyd edək ki, "Vakker" klubu ötən mövsüm Avstriya I liqasını III pillədə başa vurub.

Qaynarinfo.az