Xəbər lenti

"Qarabağ"ın indiki büdcəsi "Bakı"nın ovaxtkı büdcəsi kimidir" - Yaşar Seyidov
İdman08:35 10.11.2016

"Qarabağ"ın indiki büdcəsi "Bakı"nın ovaxtkı büdcəsi kimidir" - Yaşar Seyidov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan teleməkanının populyar futbol verilişi "Top-Top" noyabrın 8-də növbəti dəfə efirə gedib.

Qaynarinfo.Az xəbər verir ki, verilişin aparıcısı Araz Əhmədovla bərabər bu dəfə müzakirəyə qatılanlar "Bakı” klubunun vitse-prezidenti Yaşar Seyidov, AZAL-ın uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən futbolçusu Rüfət Musayev və saytımızın əməkdaşı Səbuhi Tofiqoğlu olub. 

Verilişdə Premyer liqanın oyunları, "Bakı” komandasının düşdüyü durum müzakirə edilib. Yaşar Seyidov canlı yayımda sensasion açıqlamalar verib. Onun faktlarla dilə gətirdiyi rəqəmlər şok effekti yaradıb. Həmçinin proqramda Rüfət Musayev futbolsuz günləri ilə bağlı sarsıdıcı açıqlamalar verib.

Qeyd edək ki, "Top-Top" proqramı hər həftənin çərşənbə axşamı saat 18:00-da yeni açılmış "Sport FM" kanalında canlı yayımda efirə gedir. "Sport FM" kanalı KATV kabel televiziyası, Myvideo.az portalı, Sportfm.az və Milli.az saytları vasitəsilə yayımlanır.

Qaynarinfo.Az