
"Qarabağ"ın futbolçusu Reynaldo Silva vətəni Braziliyada qəzaya düşüb. "Report"un "Globo"ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün Aqreste ştatında baş verib.
Doğma şəhəri Kamaroda dincələn hücumçu şəxsi "Şevrole Kamaro" markalı avtomobili ilə hərəkətdə olarkən, velosipedi vurub. Nəticədə velosipedin sürücüsünün sol ayağı qırılıb. Əməliyyat olunan şəxsin vəziyyəti sabit qiymətləndirilir.
Reynaldo hadisədən sonra zərərçəkənə köməklik göstərib və polis gələnədək gözləyib. Onun içkili olmadığı da müəyyənləşib.
Qeyd edək ki, Reynaldo "Qarabağ"da 2013-cü ilin qışından çıxış edir.
Qaynarinfo.az



