Xəbər lenti

"Qarabağ"ın oyununda Ermənistan bayrağı - VİDEO
İdman11:42 04.11.2016

"Qarabağ"ın oyununda Ermənistan bayrağı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yunanıstanın Saloniki şəhərinin "Tumba" stadionunda baş tutmuş PAOK - "Qarabağ" oyunundan əvvəl azarkeşlərdən biri arenaya Ermənistan bayrağı ilə daxil olub.

Qaynarinfo.Az xəbər verir ki, bundan tezliklə xəbər tutan mühafizəçilərin müdaxiləsindən sonra həmin bayraq yığışdırılıb.

Qeyd edək ki, 2 klub arasında olan razılığa əsasən, azsaylı "Qarabağ" azarkeşləri Türkiyə, meydan sahibi azarkeşlər isə Ermənistan bayrağı ilə stadiona daxil olmamalıdır.

Qaynarinfo.Az