Xəbər lenti

"Qarabağ"ın rəqibi: 2 dəfə UEFA Kubokunu qazanmış "Mələklər"
İdman12:25 05.08.2016

"Qarabağ"ın rəqibi: 2 dəfə UEFA Kubokunu qazanmış "Mələklər"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məlum olduğu kimi, “Qarabağ” Avroliqanın pley-off mərhələsində İsveçin “Qöteborq” komandası ilə qarşılaşacaq. 

Qaynarinfo.Az rəqib haqda ətraflı məlumatı təqdim edir:

“Qöteborq” İsveçin eyni adlı şəhərini təmsil edir. Klub 1904-cü ilin oktyabrın 4-də yaradılıb. Komandanın rəngləri mavi və ağdır. “Qöteborq” ev oyunlarını 2009-cu ildə açılmış 18.416 nəfərlik “Qamla Ölevi” stadionunda keçirir.

“Qöteborq” 18 dəfə İsveç çempionu, 13 dəfə isə Allsvensken (I dəstə) liqasının qalibi olub. Rəqib 1981-82 və 1986-87-ci illər mövsümündə UEFA kubokunun qalibi olub. "Ağ-mavilər" 4 dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. İsveçlilər 2 dəfə Çempionlar Liqasında finalın 1 addımlığından geri qayıdıb. "Qöteborq" yeganə İsveç klubudur ki, 1982-ci ildə yerli əhali tərəfindən ilin ən yaxşı performans nümayiş etdirən idman klubu adına yiyələnib.

Ötən mövsümü "Qöteborq" II pillədə başa vurub. "Mələklər" cari mövsüm isə 16 turdan sonra 29 xalla turnir cədvəlinin IV pilləsində qərarlaşıb. 

Avropa Liqasına ilk mərhələdə "Qöteborq" Uels təmsilçisi "Llandidno"nu 2 oyunun nəticəsinə görə 7:1 hesabı ilə üstələyib, II mərhələdə Polşanın "Piast" klubunu 2 oyunun nəticəsinə görə 3:0 hesabıyla məğlub edib. III mərhələdə öz meydanında Finlandiyanın HİK klubuna 2:1 hesabıyla məğlub olan isveçlilər səfərdə 2:0 hesab ilə qələbə qazanaraq pley-off-a vəsiqəni təmin edib.

Komandanın hazırki heyətində 12 isveçli, 3 norveçli, 3 danimarkalı, 1 islandiyalı, 2 qanalı və 1 boliviyalı futbolçu çıxış edir. Komandaya isə isveçli Yörgen Lennartsson baş məşqçilik edir. Lennartson ötən ildən bu komandanı çalışdırır.

Qaynarinfo.Az