Xəbər lenti

"Qarabağ"ın ulduzuna böyük şok
İdman14:16 23.04.2015

"Qarabağ"ın ulduzuna böyük şok

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Topaz Premyer Liqasının ən bahalı futbolçusu Danilo Diasın dəyəri sürətlə azalır. Fanat.az xəbər verir ki, braziliyalı forvardın qiyməti son 15 gündə 1,3 milyon avro ucuzlaşıb.

Belə ki, "Transfermarkt"ın ötən aykı siyahısında Daniloya 2,5 milyon avro qiymət qoyulmuşdu. Bununla da o, Premyer Liqanın ən bahalı futbolçusu adını qazanmışdı.

"Transfermarkt" bu günlərdə futbolçuların transfer qiymətini yeniləyib və Diasa 1,2 milyon avro qiymət qoyub. 

Qeyd edək ki, Dias zədə səbəbindən bu mövsüm Premyer Liqa və kubkda cəmi 6 oyun keçirib.

Qaynar.info