
“Qarabağ”ın futbolçusu Ağabala Ramazanov “Neftçi” ilə oyunda maraqlı addımı ilə diqqət mərkəzinə düşüb.
Qaynarinfo.Az xəbər verir ki, bu hadisə oyunun 72-ci dəqiqəsində baş verib.
Baş hakim Ramil Diniyevin “Neftçi”nin qapısına təyin etdiyi penalti qərarından sonra sevindiyindən, emosiyalarını cilovlaya bilməyən Ağdam klubunun yeni hücumçusu hakimi qucaqlayıb.
Qeyd edək ki, Ramil Diniyevin əmisi oğlu Coşqun Diniyev də "Qarabağ"ın futbolçusudur.
Qaynarinfo.Az