
Qazaxıstanda karate idman növünün WKF versiyası üzrə “Aktau kuboku” beynəlxalq turniri keçirilib.
Qaynarinfo.Az xəbər verir ki, yerli idmançılarla yanaşı, Azərbaycan, Gürcüstan, Qırğızıstandan 400-dən artıq karateçinin qatıldığı turnirdə 6-18 yaşadək və böyüklər arasında yarışlar keçirilib.
Məşqçi İbrahim Heydərovun rəhbərliyi ilə çıxış edən idmançılarımız 5 medalla qayıdıblar. “Qarabağ” karate idman klubunun yetirmələri Cansu Əhmədzadə, Elton Əliyev I, Mədinə Baratova, Ayxan Mansurlu II, Ülfət Ağazadə III yerə layiq görülüb.
Qeyd edək ki, bu, Cansu Əhmədzadənin 15-ci qələbəsidir. 270 nömrəli məktəbin 2-ci sinif şagirdi Cansu Əhmədzadə bundan əvvəl respublikada keçirilən yarışlarda 14 dəfə I yeri qazanıb.
Qaynarinfo.Az