
"Oyuna yaxşı başlamasaq da, ikinci hissədə toparlandıq. Daha aqressiv oynadıq və nəticədə vacib qələbə qazandıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Dnepr" klubunun kapitanı Ruslan Rotan Ukrayna Premyer Liqasının son turunda "Çernomorets" üzərindən qələbədən (2:1) sonra deyib.
Yerli mətbuata açıqlamasında o, Avropa Liqasını qrup mərhələsində "Qarabağ"la qarşılaşacaqları oyun haqda da fikirlərini bildirib: "Bizi çempionatda "Dinamo", "Şaxtyor", Avroliqada isə "Qarabağ"la oyun gözləyir. Hər iki cəbhədə sona qədər mübarizə aparacağıq. "Qarabağ"la matç bizim bizim üçün həlledici oyunlardan olacaq. Ona görə də bütün gücümüzü sərf etməliyik".
Xatırladaq ki, "Dnepr" - "Qarabağ" matçı oktybarın 23-ü, Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
Qaynar.info