Xəbər lenti

"Qarabağ"la "F91 Düdelanj" arasında seçim edə bilməzdik" - Slovakiyalı məşqçi
İdman14:42 15.07.2016

"Qarabağ"la "F91 Düdelanj" arasında seçim edə bilməzdik" - Slovakiyalı məşqçi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məlum olduğu kimi, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparacağı halda, Çexiya qızıl medalçısı "Viktoriya" ilə görüşəcək.
Qaynarinfo.az xəbər verir ki, qarşı tərəf artıq Plzen klubunun rəsmi saytına mümkün rəqibləri haqda fikirlərini bildirib.
Roman Pivarnik ("Viktoriya"nın slovakiyalı baş məşqçisi): “Növbəti mərhələ üçün potensial rəqiblərimiz arasında seçim edə bilməzdik. Rəqibin kimliyindən asılı olmayaraq, uğur qazanmağa çalışacağıq. Gələn həftə “Qarabağ” və “F91 Düdelanj” arasında Lüksemburqda cavab matçı keçiriləcək. Həmin oyunu televiziyadan canlı izləmək istərdim. Bu yolla potensial rəqibimiz haqda ətraflı məlumat toplaya bilərəm”.
Milan Petrjela ("Viktoriya"nın yarımmüdafiəçisi): "Kimsə qarşılaşacağımıza dair hisslərim qarışıqdır. Cavab oyununun gedişatına baxacağıq. Amma mən Azərbaycandansa Lüksemburqa uçmağı seçərdim. Gəlin, tələsməyək. Görək, cavab matçı necə nəticələnəcək. Bilirəm ki, 2014-cü ildə Avstriyada “Qarabağ”la yoxlama görüşü keçirib uduzmuşduq ("Qarabağ" 3:1 qalib gəlmişdi - red.). “Qarabağ” bizim üçün rahat rəqib deyildi. Ancaq onlarla budəfəki sınağa daha yaxşı hazırlaşacağıq. Qələbə qazanmaq üçün maksimum gücümüzdən istifadə edəcəyik".
Roman Hubnik ("Viktoriya"nın mərkəz müdafiəçisi): "Əgər Çempionlar Liqasında iştirak hüququ əldə etmişiksə, hansı rəqiblə oynayacağımız bizim üçün maraqlı olmamalıdır. Rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlməliyik. Odur ki, III təsnifat mərhələsinin oyunlarına yaxşı hazırlaşmalıyıq. “Qarabağ”la “F91 Düdelanj”ın cavab görüşü təbii ki, baş məşqçi üçün böyük önəm kəsb edir. Məşqçilər korpusu məhz buna əsasən rəqib barədə məlumat toplayır. Biz futbolçular üçün də həmin görüşü izləmək faydalı olacaq. Bununla, hər iki komandanın oyun tərzini, standart vəziyyətlərdə necə davrandıqlarını və digər tərəflərini öyrənmiş olacağıq".
Qeyd edək ki, "Viktoriya" bu gün Bakı vaxtı ilə saat 20:00-da Türkiyənin "İstanbul Başakşəhər" klubu ilə yoxlama oyunu keçirəcək. 3 gün əvvəl Plzen klubu Düsseldorf "Fortuna"sı ilə 1:1 oynayıb.
Qaynarinfo.az