Bu gün Topaz Premyer Liqasında II tura start verilib. Qaynar.info хəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.
Son çempion "Qarabağ" "Rəvan"ı qəbul edib. "Qarabağ" hesabı 67-ci dəqiqədə açıb. Ağdamlılar 67-ci dəqiqədə Yamin Ağakərimzadənin avtoqoluna sevinib. 83-cü dəqiqədə Qara Qarayev fərqlənib. "Rəvan" 87-ci dəqiqədə Tural Qürbətovun təsəlli qolu ilə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib.
Ötən mövsüm bürünc medallara sahib çıхan "Qəbələ" isə AZAL-ın qonağı olub. Hesabı 45+1-ci dəqiqədə penaltidən Aleksey Qay açıb. 76-cı dəqiqədə yeni transfer Aleksey Antonov matçın yekun hesabını müəyyənləşdirib.
Qeyd edək ki, turun iki oyunu sabah, biri bazar ertəsi baş tutacaq. "Sumqayıt" "Xəzər Lənkəran"ı, "Kəpəz" "Zirə"ni, "İnter" isə "Neftçi"ni qəbul edəcək.
Rəvan - Qarabağ 1:2
Qollar: Tural Qürbətov, 87 - Yamin Ağakərimzadə, 67 (avtoqol). Qara Qarayev, 83.
AZAL - Qəbələ 0:2
Qollar: Aleksey Qay, 45+1. Aleksey Antonov, 76.
Qaynar.info