Xəbər lenti

"Qaynar"ın xəbəri təsdiqləndi: Bonilya "Zirə"də! - FOTOLAR
İdman06:38 01.09.2015

"Qaynar"ın xəbəri təsdiqləndi: Bonilya "Zirə"də! - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Zirə” transfer pəncərəsinin son günü heyətini daha bir futbolçu ilə gücləndirib. 

Qaynar.info xəbər verir ki, Salvador yığmasının hücumçusu Nelson Bonilya ilə 2 illik müqavilə imzalanıb. 24 yaşlı Bonilya karyerasına ölkəsində “Alyansa” klubunda başlayıb. Ötən il Rumıniyanın “Viitorul” klubuna transfer olunan Nelson 25 oyunda 7 qola imza atıb. Hücumçu Salvador yığmasında da eyni sayda qolun müəllifidir. O, yığma komanda ilə 2013-cü ildə Kosta-Rikada keçirilən Mərkəzi Amerika Oyunlarının bürünc medalını qazanıb.

Qeyd edək ki, onun transferini ilk olaraq Qaynar.info 3 gün əvvəl oxucularına çatdırıb (http://qaynar.info/news-salvador-ymasnn-hucumcusu-azrbaycan-klubunda-t56990.html).

Qaynar.info