Xəbər lenti

"Qəbələ" cəmi 4 qol vuran hücumçu üçün fransızlara 40 min avro ödədi
İdman10:31 25.06.2016

"Qəbələ" cəmi 4 qol vuran hücumçu üçün fransızlara 40 min avro ödədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yay fasiləsində heyətində dəyişikliklər edən “Qəbələ” növbəti transferini həyata keçirib. 

Qaynarinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar” gürcü Nika Kvekveskiri, xorvat Filip Ozobiç və liberiyalı Teo Uiksin ardınca daha bir əcnəbi futbolçu ilə anlaşıb. Söhbət seneqaləsilli fransalı hücumçu Baqaliy Dabodan gedir. “Qəbələ” 28 yaşlı futbolçunu Fransanın “Kretey” klubundan transfer edib.

“Qəbələ”nin Dabo ilə dünən axşam rəsmi müqavilə imzaladığı bildirilir. Razılaşmaya əsasən, bu forvard qarşıdakı 2 il ərzində bölgə təmsilçisinin formasını geyinəcək. Keçidə "Qəbələ"nin sabiq seneqallı hücumçusu Viktor Mendinin vasitəçilik etdiyini ehtimal etmək olar.

Məlumatda “Qəbələ”nin bu keçidə görə “Kretey” klubuna 40 min avro ödədiyi də qeyd olunub. Halbuki bu hücumçu ötən mövsüm Liqa 2-də cəmi 4 qol vurub. Üstəlik, bu oyunçu intizamsızlığı ilə də seçilir. O, ötən mövsüm 7 sarı və 1 qırmızı vərəqə alıb. Qırmızı vərəqə aldığı oyun "10 nömrə"nin "Kretey"də son matçı olub.

Karyerası ərzində “İvri” və “İstr” klublarının da formasını geyinmiş Dabo 2014-cü ildən “Kretey”in uğurları üçün çalışırdı. 180 sm boya malik olan hücumçu “Loryan”ın yetirməsidir.

Qeyd edək ki, yay fasiləsində Samir Zərgərov, Arif Daşdəmirov, Dodo, Vadim Abdullayev, Ermin Zets, Aleksey Qay, Ruslan Abışov, Pavel Paşayev və Andrey Popoviçlə yollarını ayıran “Qəbələ” Dmitri Bezotosnı, Rəşad Sadiqov, Asif Məmmədov və David Petjkeviçlə yeni müqavilə bağlayıb.

Qaynarinfo.az