Xəbər lenti

"Qəbələ" doğma meydanında uduzdu
İdman18:54 30.08.2014

"Qəbələ" doğma meydanında uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü turun oyunları davam edir.

ANS PRESS-in məlumatına görə, növbəti oyun günündə daha iki qarşılaşma baş tutur. 

“Qəbələ” - AZAL oyununda qolları 45-ci dəqiqədə AZAL-ın oyunçusu Abdullayev penalti zərbəsi ilə vurub. 2-ci qol qəbələlilərin qapısında oyunun 71-ci dəqiqəsində Kərim Diniyevin zərbəsindən sonra görsənib. "Qəbələ"nin təsəlli qolu isə 83-cü dəqiqədə Cavid Hüseynov tərəfindən penalti zərbəsi ilə vurulub. 

Xatırladaq ki, AZAL-ın oyunçusu Eduardo Makiel 90-cı dəqiqədə qırmızı vərəqə alıb.

Bakı vaxtı ilə saat 20:00-da başlayan “Sumqayıt” – “Araz Naxçıvan” matçı isə davam edir: 1:1

Qol: Kiyan Sultanpur, 23 (1:1)

Hakimlər: Ömər Paşayev, Rza Məmmədov, Coşqun Həsənov, Mahir Məmmədov

Sumqayıt stadionu.

Qaynar.info