Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Qaynarinfo.Az xəbər verir ki, təmsilçilərimizdən "Qəbələ" doğma meydanda oynayıb.
"Qırmızı-qaralar" "Bakcell Arena"da Macarıstanın MTK klubunu qəbul edib. İlk oyunda 2:1 hesablı qələbə qazanan "Qəbələ" evdə də rəqibinə aman verməyib. Sergey Zenyov və Teo Uiksin qolları təmsilçimizə qələbə qazandırıb - 2:0.
Qeyd edək ki, "Qəbələ" növbəti mərhələdə Fransanın “Lill” klubuna rəqib olacaq.