Xəbər lenti

"Qəbələ" Gürcüstanda "Neftçi"yə tanış stadionda oynayacaq
İdman13:58 22.06.2016

"Qəbələ" Gürcüstanda "Neftçi"yə tanış stadionda oynayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Liqasında Azərbaycanı təmsil edəcək "Qəbələ" klubunun iyulun 7-də Gürcüstanın "Samtredia" klubu ilə harda qarşılaşacağına aydınlıq gəlib.

Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, bu görüş "Samtredia" klubunun ev oyunlarını keçirdiyi Erosi Mancqaladze adına stadionda baş tutmayacaq. Buna səbəb 3 minlik arenanın UEFA tələblərinə cavab verməməsidir.

"Qəbələ" ilə görüş isə Samtrediaya qonşu olan Zestafoni şəhərində baş tutacaq. Bu matç "Neftçi"yə yaxşı tanış olan 4558 tamaşaçı tutumlu David Abaşidze adına stadionda keçiriləcək.

Qeyd edək ki, "Qəbələ" gürcülərlə Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşünü iyunun 30-da Bakıdakı "Bakcell Arena"da keçirəcək.

Qaynarinfo.az