
"Qəbələ”nin sabiq futbolçusu Dodo karyerasını Yunanıstanda davam etdirəcək.
Qaynarinfo.Az xəbər verir ki, 29 yaşlı braziliyalı sol cinah hücumçusu Superliqaya vəsiqə qazanmış "Larisa" klubu ilə 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 2011-2016-cı illərdə "Qəbələ”nin şərəfini qorumuş Dodo ötən mövsüm Azərbaycanı tərk etmişdi. O, "Qəbələ"dən ayrıldıqdan sonra Braziliyanın "Joinvil” klubunda 3 oyun keçirmişdi. Onun Yunanıstan klubuna keçidi isə heç də təsadüfi deyil. Çünki Dodo ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində Afinada 2 qol vurmaqla "Panatinaikos"un qrupa düşməsinin qarşısını almışdı.
Qaynarinfo.Az