Xəbər lenti

"Qəbələ" yenə yunanlarla düşdü, "Qarabağ" "gənc oğlanlar"a qarşı
İdman11:33 07.08.2015

"Qəbələ" yenə yunanlarla düşdü, "Qarabağ" "gənc oğlanlar"a qarşı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün  Avroliqada pley-off mərhələsinin püşkü atılıb. 

Qaynar.info xəbər verir, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində “Qarabağ” və “Qəbələ”nin də pley-off mərhələsindəki rəqibləri məlum olub. Hər iki komandamız “səpələnməmişlər” səbətində yer aldığından, bəxtlərinə güclülərin yer aldığı səbətdən rəqib çıxıb. 

Belə ki, "Qarabağ" mənası "gənc oğlanlar" olan İsveçrə klubu "Yanq Boyz"la, "Qəbələ" isə Yunanıstanın "Panatinaikos" komandası ilə görüşəcək. Xatırladaq ki, "Qəbələ" bundan öncəki mərhələdə də yunanlarla düşmüşdü. Onda qalmaqallı keçən matçlarda rəqib Kiprin "Apollon" komandası olmuşdu.

Qeyd edək ki, Avroliqanın pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə 27-də baş tutacaq.

Qaynar.info