Xəbər lenti

"Qəbələ"də oynamış futbolçunun qardaşı Azərbaycana qarşı
İdman12:59 27.05.2016

"Qəbələ"də oynamış futbolçunun qardaşı Azərbaycana qarşı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 25-dən Sloveniyada təlim-məşq toplanışında olan Azərbaycanın 21 yaşadək futbol millisinin (U-21) orda qarşılaşacağı daha bir rəqibinin heyəti açıqlanıb.

Qaynarinfo.az xəbər verir ki, iyunun 3-də rəqibimiz olacaq Bosniya və Herseqovina U-21-nin baş məşqçisi Darko Nestoroviç 22 futbolçuya dəvət göndərib. Heyətdə Serbiya, Çexiya, Polşa, Norveç, Türkiyə, Xorvatiya, Belçika, İsveçrə, Almaniya, Fransa və İspaniyada oynayan 11 legionerin olduğu görünür. Həmçinin bu heyətdə ötən mövsümü "Qəbələ"də keçirmiş hücumçu Ermin Zetsin kiçik qardaşı Asim də var.

Qapıçılar: Nikola Vasil ("Zrinski"), Nemanya Trkulya ("Kozara");

Müdafiəçilər: Kerim Memiya ("Jelyezniçar"), Sinişa Saniçanin ("Mladost", Serbiya), Aleksandar Yoviçiç ("Rudar"), Eldar Çiviç ("Slovatsko", Çexiya), Advan Kaduşiç ("Sarayevo");

Yarımmüdafiəçilər: Marin Popoviç ("Çelik"), Damir Sadikoviç ("Jelyezniçar"), Armin Çerimaqiç ("Qurnik", Polşa), Xaris Xayradinoviç ("Höuqesunn", Norveç), Amir Haciahmetoviç ("Konyaspor", Türkiyə), Miloş Şatara ("Mladost", Serbiya), Amer Qoyak ("Dinamo", Xorvatiya), Deni Miloşeviç ("Vasland-Beveren", Belçika), Aydin Reciç ("Borats"), Milyan Qovedaritsa ("Sloboda"), Semir Musiç ("Qrasshopper", İsveçrə), Dino Bayriç ("Kayzerslautern", Almaniya), Çazim Sulyiç ("Sent-Etyen", Fransa);

Hücumçular: Asim Zets ("Travnik"), Kemil Festiç ("Albasete", İspaniya).

Qeyd edək ki, Sloveniyanın Krşko şəhərində keçiriləcək Azərbaycan - Bosniya və Herseqovina oyunu iyunun 3-də olacaq. Bu görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qaynarinfo.az