Xəbər lenti

"Qəbələ"də oynamış futbolçunun vurduğu qol qəsdən buraxılıb? - VİDEO
İdman16:58 15.02.2016

"Qəbələ"də oynamış futbolçunun vurduğu qol qəsdən buraxılıb? - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daha bir ölkədə danışılmış oyunun olduğu iddia olunur.

Qaynar.info xəbər verir ki, bu dəfə qonşumuz Rusiyadan bu iddialar səsləndirilib. İddia "Tümen" klubunun prezidenti Aleksandr Popov tərəfindən irəli sürülüb.

O bildirib ki, ötən ilin mayın 10-da Rusiyanın I dəstəsində (Milli Futbol Liqası) Mahaçqalada keçirilmiş "Anji" - "Tümen" oyunununda (3:1) qollardan birini komandası qəsdən buraxıb. Belə ki, "Anji"yə Rusiya Premyer Liqasına çıxmaq üçün 3 xal lazım imiş. 70-ci dəqiqəyədək hesab 1:1 olsa da, 2013/14 mövsümündə "Qəbələ"də çıxış etmiş braziliyalı yarımmüdafiəçi Leonardo da Silva Souzanın 13 metrdən vurduğu qolla "Anji" önə keçib.

Popov isə qapıçı Renat Sokolovu topun istiqamətində yox, digər səmtə tullanmaqda ittiham edir. O, Sokolovun tərəfini saxladığı üçün baş məşqçi Konstantin Qalkini də qapıçı ilə əlbir olmaqda günahlandırır. Məhz qapıçı və məşqçi bu səbəbdən komandadan qovulub. Popov Sokolovu komandaya Qalkinin gətirdiyini, onların 2012/13 mövsümündə Ulyanovsk "Volqa"sında bir yerdə olduqlarını da qeyd edib.

Qeyd edək ki, bu iddiaya Milli Futbol Liqasının (MFL) prezidenti İqor Yefremovun reaksiyası da maraqlıdır. Hazırda MFL Kuboku ilə bağlı Kiprdə olduğunu bildirən Yefremov Rusiyaya gəldikdən sonra "Tümen"in prezidenti ilə bu məsələni danışacağını və niyə 6 ay sonra bu mövzunu gündəmə gətirdiyini soruşacağını bildirib.

Sonda həmin qola bu icmalda 7:45-ci dəqiqədən etibarən baxa bilərsiniz.

Qaynar.info