Xəbər lenti

"Qəbələ"dən Cavid Hüseynov açıqlaması - RƏSMİ
İdman11:54 12.08.2015

"Qəbələ"dən Cavid Hüseynov açıqlaması - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qəbələ" klubu kapitanları Cavid Hüseynovun adının Avroliqanın pley-off mərhələsində keçiriləcək Yunanıstan "Panatinaikos"u ilə görüşün iştirak ərizəsinə daxil edilməsi ilə bağlı rəsmi feysbuk səhifəsi vasitəsilə açıqlama yayıb. Qaynar.info-nun məlumatına görə, klub açıqlamada məsələyə bu cür aydınlıq gətirib.
"Qəbələ" İdman Klubunun UEFA Avropa Liqasının pley-off mərhələsi üçün təqdim etdiyi iştirak ərizəsində Cavid Hüseynovun adının olması ilə bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirmək məqsədilə bildirmək istəyirik ki, iştirak ərizəsi UEFA-ya turnirin əsasnaməsinə uyğun olaraq avqustun 10-da, yəni Hüseynovla bağlı həbs-qətimkan tədbiri seçilmədən öncə göndərilib".
Qeyd edək ki, Cavid Hüseynov haqqında jurnalist Rasim Əliyevin döyülməsi və sonradan xəstəxanada dünyasını dəyişməsi ilə bağlı aparılan cinayət işi ilə bağlı Səbayel rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qaynar.info