Xəbər lenti

"Qəbələ"nin baş məşqçisinin meneceri Yaya Ture və Qvardioladan danışdı
İdman09:47 06.10.2016

"Qəbələ"nin baş məşqçisinin meneceri Yaya Ture və Qvardioladan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Mançester Siti"nin seneqallı futbolçusu Yaya Turenin meneceri Dmitri Selyuk müştərisinin Xosep Qvardiola ilə normal münasibətləri olduğunu qeyd edib.

Qaynarinfo.Az xəbər verir ki, ukraynalı menecer bu haqda bunları deyib: "Onlar arasında qətiyyən problem yoxdur. Mən belə xəbərləri tam təkzib edirəm. Yaya "Mançester Siti"də qalır. Onun mövsümün sonuna qədər müqaviləsi var. Sonra nə baş verəcəyini indidən söyləmək mümkün deyil. Çox komandalar onu heyətində görmək istəyir. Konkret təklif "İnter"dən olmuşdu. Lakin "Mançester Siti" böyük məbləğ tələb etdi", – deyə Selyuk bildirib.

Qeyd edək ki, Dmitri Selyuk "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk və və bu komandada çıxış edən digər ukraynalıların meneceridir.

Qaynarinfo.Az