Xəbər lenti

"Qəbələ"nin daha bir rəqibi müəyyənləşdi
İdman12:42 03.01.2014

"Qəbələ"nin daha bir rəqibi müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək "Qəbələ" klubunun yoldaşlıq görüşündə qarşılaşacağı daha bir rəqibinin kimliyinə aydınlıq gəlib.

Qol.Az-ın məlumatına görə, Yuri Syominin komandası Rusiya Premyer Liqa təmsilçisi "Volqa" klubu ilə qarşılaşacaq.

Həmin görüş yanvarın 22-nə nəzərdə tutulub. Bundan öncə "qırmızı qaralar" Qazaxıstanın "Tobol" və "Spartak", Türkiyənin isə "Konyaspor" klubları ilə yoldaşlıq görüşləri keçirəcək. 

Qeyd edək ki, "Qəbələ" klubu Türkiyədəki təlim-məşq toplanışını yanvarın 28-də başa vuracaq. 

Qaynar.info