Xəbər lenti

"Qəbələ"nin direktoruna əsas komandada işləmək təklifi gəlməyibmiş
İdman14:43 13.04.2016

"Qəbələ"nin direktoruna əsas komandada işləmək təklifi gəlməyibmiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qəbələ" klubunun futbol direktoru Toni Adamsın Danimarkanın "Bröndbü" klubunda baş məşqçi işləyəcəyi ilə bağlı fikirlər təsdiqini tapmayıb.

Qaynar.info xəbər verir ki, "Bröndbü" doğrudan da Adamsın nümayəndələri ilə danışıqlar aparıb. Ancaq əsas komanda üçün yox, gənclər komandası üçün. Əslində 2011-ci ildən "Qəbələ"də baş məşqçi postundan göndərildikdən sonra heç bir klubda çalışdırıcı funksiyasını yerinə yetirməmiş ingilisin Danimarkanın nəhəng komandasında işləyəcəyi də inandırıcı görünmürdü.

Onun köməkçiləri isə keçmiş İngiltərə Premyer Liqası oyunçuları - danimarkalı Daniel Aqqer və isveçli Yuhan Elmander ola bilər.

Qeyd edək ki, "Bröndbü"nün prezidenti Yan Bex Andersen ötən ay əvvəlki baş məşqçi Tomas Frankı azarkeş forumunda oğlunun hesabından istifadə edərək tənqid edib. Bu səbəbdən Frank istefa verib.

Qaynar.info