Xəbər lenti

"Qəbələ"nin futbolçusu məhkəməyə şikayət etdi
İdman14:05 24.02.2016

"Qəbələ"nin futbolçusu məhkəməyə şikayət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qəbələ"nin ukraynalı hücumçusu Aleksey Antonov sabiq komandası olan Qazaxıstanın "Aktobe" klubundan İdman Arbitraj Məhkəməsinə (KAS) şikayət ünvanlayıb.

Qaynar.info xəbər verir ki, bu barədə "Aktobe" klubunun baş direktoru Dmitri Vasilyev qazaxıstanlı jurnalistlər önündə keçirdiyi brifinq zamanı deyib. O, Antonovun ötən mövsümdən qalan pullarını almaq üçün məhkəməyə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna vətəndaşı olan Moldova yığmasının sabiq futbolçusu Sergey Kovalçuk da bu klubdan həmin instansiyaya müraciət ünvanlayıb.

Qeyd edək ki, iyundan "Qəbələ"də çıxış edən Aleksey Antonov 2014-cü ilin iyununda "Aktobe" ilə 2,5 illik müqavilə bağlasa da, cəmi 1 il Qazaxıstanda qalıb. Antonov hazırda "Qəbələ"nin 6 qolla ən çox rəqib qapılarına yol tapan futbolçusudur.

Qaynar.info