
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı keçirdiyi səfər oyununda erməni təxribatının qarşısı alınıb.
Qaynarinfo.Az xəbər verir ki, Brüsseldəki "Konstant Vanden Stok" arenasında keçirilən qarşılaşmanı izləməyə gələn bir qrup erməni stadiona bu ölkənin bayraqlarını keçirmək istəyiblər.
Amma stadionun stüardları təxribata imkan verməyiblər. Təhlükəsizlik əməkdaşlarının bu oyunda "Qəbələ"yə dəstək verən "Milli Dəstə" üzvlərinə verdiyi məlumata görə, onlardan 6 Ermənistan bayrağı müsadirə olunub. Bununla belə, erməni fanatlar arenaya xüsusi maykalar geyinərək gəliblər və 63-cü dəqiqədə qapılardan birinin arxasında qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını asmağa müvəffəq olublar.

Qeyd edək ki, bu matçda "Qəbələ" məşhur rəqibinə 1:3 hesabı ilə uduzub.
Qaynarinfo.Az