Xəbər lenti

"Qeyri-iş günlərində işləmək banklara sərf etmir" - Ekspert
Ekonomiks09:21 06.07.2016

"Qeyri-iş günlərində işləmək banklara sərf etmir" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qeyri-iş günlərində işləmək banklar üçün əlavə xərcdir". Bu sözləri Qaynarinfo.az-a açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov bayram günlərində bankların işləməməsinin bank dövriyəsinə və insanların valyuta dəyişmə ehtiyacına təsirindən danışarkən deyib.
Əkrəm Həsənovun sözlərinə görə, bankların bayram günləri işləməməsi problemlər yaradır: "Devalvasiyadan sonra bankların əksəriyyəti işləmirdi. Maliyə Bazarlarına Nəzarət Palatasını rəhəbəri bildirdi ki, bankların filialları bayram günü işləyəcək. Ən azı valyuta dəyişmə ehtiyacını təmin edirlər. Son aylarda vəziyyət bir az düzəlib. Əvvələr heç işləmirdilər, insanlar pul dəyişə bilmirdi. Bayram günü bankların işləməməsi onlara elə də mənfi təsir göstərmir. Nəzərə alaq ki, kartla ödəniş edənlər bayram günü də istədikləri əməliyatı edirlər. Buna məhdudiyyət yoxdur. Yeni il və Novruz bayramı ərəfəsində bankların işləməməsi çox mənfi təsir etdi. İndi vəziyyət bir az düzəlib".
Ekspert bildirib ki, əvvələr banklar əhaliyə borc, kredit verirdilər: "Bayram günləri də işləyirdilər. İndi o vəziyyət deyil. Kreditlərdə problemlər var. Bankların aktivliyi onsuzda enib. Bu səbəbdən də işləmirlər. Qeyri-iş günlərində işləmək banklar üçün əlavə xərcdir. İşçilərə əlavə əmək haqqı verilməlidi, ofis və kommunal xərclər də artır. Əvvələr müştəri var idi və bu xərclər özünü doğruldurdu. İndi banklara işləmək sərf etmir".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az