Xəbər lenti

"Ramil Azərbaycan vətəndaşlığı ala bilməz" - Rus hüquqşünasdan maraqlı açıqlama
İdman09:19 14.07.2016

"Ramil Azərbaycan vətəndaşlığı ala bilməz" - Rus hüquqşünasdan maraqlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ramil Şeydayevin meneceri Sergey Kuşov "Matç TV"yə açıqlamasında futbolçunun iyulun 11-də Azərbaycan pasportu aldığını bildirib. AFFA isə FİFA-ya onun Azərbaycan millisində oynaması xahişi ilə müraciət edib.

Qaynarinfo.az xəbər verir ki, idman hüquqşünası Mixail Prokopets isə Rusiyanın TASS agentliyinə bildirib ki, Şeydayev Rusiyanın yeniyetmə və gənclər millisində çıxış etdiyi üçün o, futbol vətəndaşlığını dəyişdirə bilməz:

"FİFA-nın reqlamentinə əsasən əgər oyunçu yeniyetmələr, gənclər yığması ilə rəsmi oyunlarda iştirak edibsə, onda o, futbol vətəndaşlığını o halda dəyişdirə bilər ki, çıxış etmək istədiyi milli komandanın təmsil etdiyi ölkənin pasportuna malik olsun. Məlum olduğu kimi, 2013-cü ildə Şeydayev yeniyetmələr üzrə Avropa çempionatında Rusiya yığması ilə iştirak edib. 2015-ci ildə isə Rusiyanın "gənclər"ində debüt edib. Əgər mediaya inansaq, o bununla yanaşı Azərbaycan vətəndaşlığını bu yay alıb. Şeydayev qaydalara görə, Azərbaycan yığmasında çıxış etmək hüququna malik deyil".

Qeyd edək ki, atası azərbaycanlı olan Ramil Şeydayev Rusiyanın "Zenit" komandasından Türkiyənin "Trabzonspor" klubuna keçib. O, Almaniyadan, Moskva "Spartak"ından və "Ural"dan da təkliflər olmasına baxmayaraq, Azərbaycan dilinə yaxınlığına görə Türkiyə variantını seçib. Şeydayev yeni klubunda yarı ingilis, yarı türk dilində danışdığını bildirib.

Qaynarinfo.az